Cəmiyyət

Bakıda evli gəlinlə tutulan oğlan özünü binadan atdı

29 Dekabr 2022 23:04
Baxış: 9 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Qəsr" yaşayış kompleksində qeydə alınıb.

1998-ci il təvəllüdlü M.Ə qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib.

Onlar evdə görüşən zaman qadının həyat yoldaşı zəng edib.

Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qaynının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib.

Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.

Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.