Cəmiyyət

Park, yoxsa örüş sahəsi? - VİDEO

29 Dekabr 2022 18:04
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonundakı Qaraçuxur qəsəbəsində yerləşən park ərazisi bərbad vəziyyətdədir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, baxımsız halda qalan park ərazisi indi heyvanların otlaq sahəsinə çevrilib.

Xatırladaq ki, ərazidə 5 il öncə çəkiliş aparmışdıq. Həmin vaxtdan bəri park ərazisində heç bir yenilik yoxdur.

Dağılmış hovuz da öz mənzərəsini dəyişməyib. Burada 30 il əvvəl qoyulmuş dəmir idman qurğuları da eyni görkəmindədir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, Səttar Mehbalıyev küçəsində yerləşən ərazi Dövlət Neft Şirkətinin balansındadır.

Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən quruma müraciət edilib və ərazinin abadlaşdırılması tədbirlər planına daxil edilib. Maliyyə ayrılan kimi yenidənqurma işlərinə başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.