Cəmiyyət

Zaqatalada özünü güllələyən oğlan bir il əvvəl ailə həyatı qurubmuş

27 Dekabr 2022 08:17
Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada ov tüfəngi ilə ehtiyyatsız davranan 28 yaşlı gənc ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

28 yaşlı Cavidan Muradov bir il əvvəl ailə həyatı qurubmuş.

Yaxınları ilə birgə meşəyə ova gedən C.Muradovun əlindəki silah ehtiyyatsızlıqdan açılıb. Nəticədə o aldığı güllə yarasından ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.