Cəmiyyət

Psixoloqdan Şəfiqə Nağıyevaya etiraz: “Bəlkə məni döyəsiniz?!” - VİDEO

22 Dekabr 2022 19:10
Baxış: 2 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadına bir balaca nəvaziş lazımdır. Bayramlarda kişi evə girəndə üzü gülməlidir. Əgər pulu yoxdursa, bir dənə qızıl gül alıb qadınına verib, onun bayramını təbrik etməlidir. Yoxsa içəri girib xoş olmayan sifət alıb "Nə deyirsən, get çay gətir" deməməlidir".  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Vəkillər kollegiyasının həqiqi üzvü, vəkil Şəfiqə Nağıyeva ekspert qismində iştirak etdiyi "Bizimləsən" ictimai-sosial verilişində deyib.  

Daha sonra Nağıyeva yanında əyləşən psixoloq Könül Cəfərovaya barmaq silkələyərək "Bu sahiblənmək deyil!" sözlərini dilə gətirib.   

Psixoloq isə "Bəlkə keçib, məni döyəsiniz! Başdan susuram, danışmıram. Şəfiqə xanım üstümə qışqırır" deyə vəkilə etirazını bildirib.

Ş.Nağıyeva isə K.Cəfərovanın bu sözləri ilə razılaşmayaraq "Səhərdən üstümə qışqırır, qulaqlarım gedib. Deyir ki, Şəfiqə xanım qışqırıq" yarı ciddi, yarı zarafat fikrini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.