Cəmiyyət

Naxçıvanda Talıbovların qızıl mağazaları bağlandı

10 Dekabr 2022 19:41
Baxış: 3 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun ailə üzvlərinə məxsus qızıl mağazaları bağlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ali Məclisin sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus qızıl-zinət əşyaları satılan 2 mağaza bir neçə gündür bağlanıb. Artıq mağazaların reklam lövhələri də yığışdırılıb.

Xatırladaq ki, son günlər Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar keçirildiyi, bir çox rəsmi qurumlarda xüsusi ilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktlarının ortaya çıxması ilə bağlı xəbərlər var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.