Cəmiyyət

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

31 Oktyabr 2022 11:20
Baxış: 913
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi vəzifəsinə təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev bundan əvvəl RİH-də baş mütəxəsis vəzifəsində çalışıb. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.