Cəmiyyət

Qubadan bu rayonlara niyə yol yoxdur? - VİDEO

26 Oktyabr 2022 16:34
Baxış: 1 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qubadan Şamaxı, İsmayıllı və Qəbələyə səfər etmək üçün birbaşa avtomobil yolu yoxdur. Ona görə də vətəndaşlar əvvəlcə paytaxta gəlməli, daha sonra həmin istiqamətlər üzrə hərəkət etməlidirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Qubadan Şamaxıya getmək istəyənlər təxminən 256 kilometr məsafə qət etməlidirlər. Amma bu məsafəni təxminən 90 kilometrə qədər qısaltmaq mümkündür.

İsmayıllıdan Quba istiqamətinə gediş zamanı da eyni problem yaşanır. Sakinlər Qubaya çatmaq üçün 373 kilometr məsafə qət edirlər. Amma turizm potensialı yüksək olan rayonların arasında cəmi 25-30 kilometrə qədər məsafə var. Bu yol el arasında ''at yolu'' adlandırılır. Çünki həmin yalnız atlarla keçmək olur.

Ərazilərin relyefi mürəkkəb olsa da, müasir texnikaların köməkliyi ilə sözügedən rayonlar arasında avtomobil yolu inşa etmək olar.

Mövzu ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sadalanan istiqamətlərdə yol tikintisi böyük vəsait tələb etdiyindən bu işə xarici investorlar da cəlb edilə bilər. Bu isə rayonların iqtisadi inkişafını daha da sürətləndirər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən rayonlar arasında yolların tikintisi hələlik nəzərdə tutulmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.