Cəmiyyət

Uşaqları bu cizgi filmindən uzaq tutun - VİDEO

23 Oktyabr 2022 00:44
Baxış: 2 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar uşaqlar üçün yeni oyuncaqlar dəb halina gətirilib. Həmin oyuncaqlar uşaqlarda dərin psixoloji travmalar yaradır.

Söhbət "Haggi Vaggi" adlı həm cizgi filmi, həm də oyun personajlarından gedir. Xüsusilə də oyunda bu personajlar uşaqları, öldürməyə təşviq edirlər. Psixoloqlar valideynləri bu məsələdə olduqca diqqətli olmağa çağırırlar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sonradan canavara çevrilən bu oyun qəhrəmanı cəhənnəmə bir qapı açır. Olduqca vahiməli səslənən bu ifadələr son vaxtlar çox geniş yayılan bir uşaq oyununun əsas özəyidir.

Mütəxəssislər deyirlər ki, sevimli görünən bu oyuncaqlar əslində uşaqlarda böyük psixoloji travmaya səbəb olur.

Bu oyun o qədər geniş yayılıb ki, onun personajlarının kuklaları da düzəldilərək satılır. Hətta bu personajların şəkilləri qələm, dəftər və çantaların üzərində də qarşımıza çıxır. Bu azmış kimi, uşaqların ad günlərində və bayramlarda animatorlar bu bədheybətlərin kostyumlarından istifadə edirlər.

Valideynlər deyirlər ki, əvvəllər oyuncağı alan zaman onun təhlükəli olduğunu bilməsələr də, sonradan bunun ciddi problemlərə gətirib çıxardığını görüblər.

Vəziyyət o həddə çatıb ki, İtaliyada bu oyunun təsirində olan 6 yaşlı uşaq öz 3 yaşlı qardaşını boğaraq öldürməyə çalışıb. Son anda valideynlərin müdaxiləsi nəticəsində ölüm hadisəsi baş verməyib. Bu və buna bənzər faktlardan sonra Avropada oyunla bağlı valideynlər həyəcan təbili çalmağa başlayıblar. Türkiyədə isə bəzi iri marketlərdə bu oyuncaqların satışına qadağa qoyulub.

Psixoloqlar uşaqların zərərli oyunların təsirinə düşməmələri üçün valideynlərə tövsiyə edirlər ki, azyaşlıların nə oynadıqlarını, hansı cizgi filmlərinə baxdıqlarını mütləq nəzarət altında saxlasınlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.