Cəmiyyət

Xaçmazda ağır yol qəzası olub, xəsarət alanlar var

20 Oktyabr 2022 23:24
Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, H.Əliyev prospektində "Opel" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində rayon sakinləri - 2001-ci il təvəlludlü Ağayev Abgül Hünər oğlu, 2001-ci il təvəlludlü Əlimirzəyev Bəhlul Bəxtiyar oğlu və 2002-ci il təvəlludlü Həsənov Mehdi Əliheydər oğlu muxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.