Cəmiyyət

Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir - ZAQATALA- FOTO

13 Oktyabr 2022 15:42
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 13-də Zaqatala rayonunda tarixi romanlar yazarı, publisist Yunus Oğuz ilə görüş keçirilib.

Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Anar Seyidov qonaq qismində iştirak ediblər.

Tədbirin aparıcısı Heydər Əliyev mərkəzinin əməkdaşı İbrahimova Nərmin Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.