Cəmiyyət

Daha bir müəllimin səs yazısı yayıldı: "Kim mənə necə hörmət edibsə, uşaqlarına da..." - VİDEO

11 Oktyabr 2022 15:36
Baxış: 2 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.

Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.

Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: "Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz".

"Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır." - deyə təhsil eksperti paylaşımında qeyd edib.

Səs yazısını təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.