Cəmiyyət

Tez-tez qəza edən sürücülərə bəd xəbər - Noyabrın 1-dən... - VİDEO

7 Oktyabr 2022 18:20
Baxış: 2 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabr ayında avto-icbari sığorta sahəsində yeni qaydalar qüvvəyə minəcək. Zərərçəkənin sığorta ödənişi onun müqavilə bağladığı sığorta şirkəti tərəfindən ödəniləcək. Təqsirli sürücünün isə növbəti ildən sığorta ödənişi artacaq. Mərkəzi Bank tərəfindən bundan sonra ən çox şikayət olunan sığorta şirkətlərinin adları da açıqlanacaq. 

Gələn aydan etibarən Avto-icbari sığorta sahəsində yenilik ediləcək. Bunu Mərkəzi Bankın baş direktoru ziya əliyev deyib. Onun sözlərinə görə sığorta şirkətləri hadisə zamanı öz müştərisinə sığorta hadisələrinin tənzimlənməsində xidmət göstərəcək.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, zərəçəkinin sığorta ödənişi avto-icbari sığorta şəhadətnaməsini aldığı sığorta şirkəti tərəfindən ödəniləcək. Belə olan halda isə təqsirli sürücünün növbəti ildə ödəyəcəyi sığorta haqqı aratacaq. Zərərçəkənin sığorta şirkəti sürücünün avtomobilini təmir etikdən sonra ödənişi qarşı tərəfin sığorta şirkətindən alacaq. Baş direktor bildirib ki, bundan sonra avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şikayət olunan sığorta şirkətlərinin adları da açıqlanacaq. 

Ziya Əliyev qeyd edib ki, yol nəqliyyat hadisəsi zamanı zərərin qiymətləndirlməsi üçün müstəqil ekspertlər də cəlb oluna bilər. Bununla bağlı qanunvericilikdə dəyişiklik nəzərdə tutulur

Ekspert əlavə edib ki, qaydaları pozan sığorta şirkətlərinə müəyyən sanksiyalar tətbiq oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.