Cəmiyyət

Bu şəxslərə banklar kredit vermir - VİDEO

5 Oktyabr 2022 19:40
Baxış: 1 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər banklar əlilliyi olan şəxslərə kredit verməkdə maraqlı deyil.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu cür problemlə üzləşənlərdən biri də görmə qabiliyyətini itirmiş Səftər Əliyevdir. Onun dediyinə görə, dəfələrlə istehlak krediti üçün müxtəlif banklara müraciət etsə də, bütün cəhdləri cavabsız qalıb.

Hüquqşünas Anar Ramazanov bildirir ki, əlilliyi olan şəxslər də bütün vətəndaşlar kimi kredit almaq hüququna malikdirlər. Ancaq Bankların özünəməxsus kredit siyasəti var. Buna görə də, kredit verilərkən risk ehtimalları nəzərə alınır.

Anar Ramazanovun fikrincə bu cür hallarda banklar risk ehtimalını minimuma endirə bilərlər.

Hüquqşünas həmçinin deyir ki, əgər bank heç bir əsas göstərmədən əlilliyi olan şəxsə kredit verməkdən imtina edərsə, bu zaman vətəndaş həm Mərkəzi Banka, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.