Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Anadangəlmə serebral iflic xəstəsi olan 9 yaşlı uşağın sosial ödənişi 4 aydır ki kəsilib.valideynləri bunu bərpa etmək üçün lazımi prosedurları etdiklərini, lakin hələ Ki bir nəticə olmadığını bildiriblər. Ailənin maddi durumu yaxşı deyil, elə buna görə də uşağın müalicə xərclərini ödəyə bilmirlər. Azyaşlının dərdi isə elə bir dərddir ki, dərmanı mütləq olmalıdır.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Serebral iflic xəstəsi olan uşağın sosial ödənişi kəsilib.
Azyaşlı Valeh Yunisli 2014-cü ildə Şəmkir rayonun Keçili kəndində anadan olub. Hələ bir neçə aylıq ikən uşağın davranışlarında qeyri-adilik hiss edən valideynləri həkimə müraciət edib...Uşağa anadangəlmə serebral iflic diaqnozu qoyulub. Amma uşağa əlillik ödənişi 6 yaşında təyin olunub. Bundan 3 il sonra isə dayandırılıb..
İndi daimi məşğuliyyəti olmayan ailə xəstə uşağın müalicə xərclərini ödəməkdə çətinlik çəkir..Buna görə də sosial ödənişin yenidən bərpa olunmasını istəyirlər.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov məsələ ilə bağlı bildirib ki, bu ilin may ayında Valeh Yunislinin əlillik müddəti başa çatdıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən elektron sistemə göndəriş daxil edilib. Elektron sistem üzərindən qiymətləndirilmə zamanı müəyyən edilib ki, vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri qeyd edilməyib. Həmçinin, pulsuz dərman alması barədə Səhiyyə Nazirliyinin reyestrində hec bir məlumat yoxdur. Bu səbəbdən ona elektron sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq vətəndaş,21 sentyabr tarixində Agentliyin yerli mərkəzində əyani müayinə edilib. Əyani müayinə əsasında Valeh Yunisliyə orqanizm funksiyasının 100% pozulması ilə əlaqədar müddətsiz əlillik təyinatı aparılıb.Qısa müddət ərzində sosıal ödənişlərin təyinatı aparılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)





