Ev alarkən aldanmamaq üçün nə etməliyik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda tikinti şirkətləri tərəfindən eyni mənzilin bir neçə nəfərə satılması hallarına rast gəlinir. Bəs necə edək ki, mənzil alarkən belə dələduzluq faktları ilə rastlaşmayaq?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Trend-ə bildirib ki, son illər ölkəmizdə bir mənzili bir neçə şəxsə satması ilə bağlı hallar xeyli azalıb.
Onun sözlərinə görə, əvvəllər belə dələduzluq hallarına çox rast gəlinirdi.
"Lakin belə faktlar azalsa da, yox deyil. Zərərçəkənlər belə olduqda məhkəmələrə müraciət edirlər. İnsanlarımız mənzil alarkən dələduzluqla üzləşməmək üçün çox ehtiyatlı olsunlar. Dələduzluqla üzləşməmək üçün vətəndaşlara tövsiyə edərdim ki, mənzil alarkın öncə tikinti şirkətindən arayış alınmalıdır ki, həmin mənzil əvvəl kiməsə satılıb, ya yox. Bundan başqa, əgər mənzil bir dəfə satılıbsa, ikinci satış zamanı notarial qaydada əvvəlki əmlak sahibinin yeni sahibinin rəsmi qaydada imtina etməlidir.
Birinci mənzil kimə satılıbsa, bütün hüquqlar həmin şəxsə məxsusdur. Satılan mənzil bir neçə nəfərə satılırsa, həmin şəxslər zərərçəkmiş hesab olunur. Bütün bunların məsuliyyəti bina tikən hüquqi şəxsin üzərinə düşür.
Hazırda belə halların qarşısını tam alacaq heç bir hüquqi mexanizm yoxdur.
Belə hallara son qoyulmasına az qalıb. Lakin hazırda ölkəmizdə antikorrupsiya hərəkətlərinə qarşı yeni proqram hazırlanır. Bütün yeni tikilən binalardakı mənzillər əvvəlcədən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq", - o deyib.
Elnur Azadov deyir ki, sözügedən hallara tamamilə son qoyulmasına az qalıb: "Əvvəllər belə dələduzluq halları kütləvi xarakter daşıyırdı. Xeyli sayda şəxsə qarşı cinayət işi açıldı, onlar məsuliyyətə cəlb olundu, uzunmüddətli həbsə məhkum edildi. Bu da tikinti şirkətlərinin rəhbərlərində qorxu yaratdı. Hazırda antikorrupsiya hərəkətlərinə qarşı yeni proqram hazırlanır. Eyni zamanda, bütün yeni inşa edilən binalardakı mənzillər daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən qeydə alınacaq. Yəni, hər bir mənzilin bəri başdan "çıxarış"ı olacaq ki, bu da bir əmlakı bir neçə şəxsə satmağa imkan verməyəcək. Təcrübə göstərir ki, Azərbaycanda tikinti şirkətləri daha çox binalar istismara qəbul edilmədən mənzilləri satışa çıxarır. Bu cür mənzillər isə yalnız müqavilə əsasında satılır və qanunsuz hərəkətlərə yol açır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





