Cəmiyyət

Bu şəxslər çağırıla bilərlər - Səfərbərlik Xidmətindən AÇIQLAMA

17 Sentyabr 2022 19:23
Baxış: 9 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.

Milli.Az xəbər verir ki, bu barədə axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

"Hərbi vəzifəlilər hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması barədə çağırış vərəqələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla məlumatlandırıla bilərlər", - Səfərbərlik Xidmətindən qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.