Cəmiyyət

Şəki sakini cərəyanvurmadan ölüb

11 Sentyabr 2022 22:21
Baxış: 662
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəkidə 29 yaşlı kişini elektrik cəryanı vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Baş Zəyzid kənd ərazisində baş verib.

Baş Zəyzid kənd sakini, 1993-cü ildə anadan olmuş Azər Seyidməmmədov elektrik dirəyində iş aparan zaman onu elektrik cəryanı vurub. A.Seyidməmmədov aldığı ağır elektrik şokundan hadisə yerində ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.