Cəmiyyət

İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası necə aparılacaq? - AÇIQLAMA - VİDEO

9 Sentyabr 2022 23:50
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası onların seçimi əsasında aparılacaq. Müəllim hansı fənn üzrə sertifikasiyadan keçmək istəsə, ona bu istək üzrə imkan yaradılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.

Amma tövsiyə olunur ki, müəllim hansı fəndən daha çox saat dərs deyirsə, sertifikasiya üçün də məhz o fənni seçsin. Müəllimlərin dərs saatları ilə bağlı məlumatlar isə yerli idarələrdən alınacaq.

Şöbə müdiri həmçinin bildirib ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşma imtahanlarının test mərhələsi artıq bitib və növbəti həftədən onların onlayn qaydada müsahibə mərhələsi başlayacaq. Müəllimlər regional təhsil idarələrinə yaxınlaşaraq ordakı texniki şəraitə uyğun müsahibə mərhələsində iştirak edəcəklər və nəzərdə tutulan bir neçə meyar üzrə qiymətləndiriləcəklər.

Daha ətraflı videomaterialda.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.