Audiovizual Şuradan "AZTV Xəbər"dəki titrə reaksiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audiovizual Şura məlumat yayıb.
Şuradan daxil olan məlumatda bildirilib ki, avqustun 1-də ümumölkə yerüstü televiziya yayımçısı olan "AZTV" kanalının efirində saat 20.00-dan yayımlanan "AZTV Xəbər" proqramında Bakının və ümumiyyətlə Azərbaycanın son zamanlar çox müraciət olunan turizm istiqamətlərindən biri olduğunu göstərən süjet nümayiş olunmuş və turist kimi ölkəmizə səfər edən bir sıra əcnəbilərdən müsahibə alınıb.
Qeyd olunub ki, reportajın efirdə olduğu müddətdə aşağı titrlərdə "qonaqlı-qaralı Bakı" sərlövhəsi qeyd olunub.
Həmçinin bildirilib ki, bəzi onlayn media resurslarında və sosial şəbəkə səhifələrində həmin sərlövhənin bütün reportaj boyu efirdə olmasına baxmayaraq, yalnız qaradərili əcnəbi bir turistdən müsahibə alınarkən olan "skrin fotosu" yayılaraq bunun irqi ayrıseçkilik kimi qiymətləndirilməsinə cəhdlər göstərilir.
"Audiovizual Şura bildirir ki, reportajın məzmununda və qeyd edilən titrlərdə heç bir ayrıseçkiliyə eyham belə sezilə bilməz. Hamımızın bildiyi və söz ehtiyatı ilə zəngin olan doğma dilimizdə tez-tez işlədilən "qonaq-qaralı" ifadəsində olan qara hissəsi heç bir halda rəng mənasında, həmin ifadənin süjet boyu efirdə nümayiş olunması da heç cür hər hansı irqi, etnik, dini və ya digər ayrıseçkiliyin nəinki təbliği, hətta nümayişi kimi də qəbul oluna bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan dilinin etimologiya lüğətində "mal-qara", "qonaq-qara" tipli sözlərdə qara hissəsi cəmlik bildirir, yəni, qonaq-qara "qonaqlar" deməkdir.
Bunları nəzərə alaraq, onlayn media redaksiyalarını, həmçinin, sosial şəbəkə istifadəçilərini belə xəbərləri, statusları və ya fikirləri paylaşanda daha məsuliyyətli olmağa və ictimaiyyəti yanlış yönləndirməyə cəhd etməməyə çağırırıq", - məlumatda qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





