Cəmiyyət

Əməkdar müəllim vəfat etdi

1 Avqust 2022 19:41
0 Şərh     Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Dövlət Universitetinin alimi Novruzəli Rəhimov dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub. 

Novruzəli Rəhimov vəfatından öncə "Qloballaşma prosesində Azərbaycanın rolu" mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.

Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68  elmi məqalənin müəllifidir.

Qeyd edək ki, Norvuzəli Rəhimova 31 oktyabr 2017-ci il tarixdə Prezidentin Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.