Cəmiyyət

“Cəlilabadda intihar edən şəxs qazi deyil”

18 İyul 2022 21:48
Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Əzizov Səlamət Yaşar oğlunun intiharı ilə bağlı məlumat yayılıb. Onun Vətən müharibəsi iştirakçısı olduğu iddia edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilib ki, Cəlilabad rayonunun Mikayıllı kəndində qeydiyyatda olan, lakin Uzuntəpə kəndində yaşayan, 2002-ci il təvəllüdlü Əzizov Səlamət Yaşar oğlu Uzuntəpə kəndində yaşadıqları evin həyətində intihar edib:

"Səlamət Əzizov ikinci Qarabağ müharibəsində iştirak etməyib. Mərhumun intihar etməsinin səbəbi hüquq  mühafizə orqanları tərəfindən araşdırılır.  Əlavə olaraq bildiririk ki, Səlamət Əzizov işi ilə əlaqədar Bakı şəhərində qardaşları ilə birlikdə yaşayıb və bir həftəyə yaxın müddətdir ki, Cəlilabad rayonuna anasının ziyarətinə gəlmişdi. İndiyə qədər onun rayon icra hakimiyyətinə heç bir müraciəti daxil olmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.