Cəmiyyət

Toy günü intihar edən Aysunun - Fotosu

17 İyul 2022 23:39
0 Şərh     Baxış: 5 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu gün toyu olacaq 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində özünü asıb.

Aysun 2 il imiş nişanlıymış. Bir neçə gün öncə nikahı və qız toyu olub.

Axşamdan toya hazırlıq görüldüyü üçün evdəkilər oyaq olub. Səhərə yaxın Aysunun evdə olmadığını görüb axtarmağa başlayıblar. Saat 5 radələrində isə onun cansız bədənini zirzəmidə tapıblar. Qızın nə üçün intihar etdiyi isə hələlik məlum deyil.

Qeyd edək ki, bir müddət öncə Aysunun əmisi qızı da özünü güllələyərək intihar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory