Cəmiyyət

Zaqatalada sərxoş piyadanı maşın vurdu - Vəziyyəti ağırdı

3 İyul 2022 21:54
0 Şərh     Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada sərxoş piyadanı maşın vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün Zaqatala şəhər ərazisində baş verib.

Belə ki, Dağlı kənd sakini 1994-cü il təvəllüdlü Kazımov Ruslan Hüseyn oğlunu "VAZ-21099" markalı minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin  ağır oldugu bildirilib.

Yaralının  hadisə baş verən zaman sərxoş olduğu deyilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.