Cəmiyyət

Qruplar üzrə ən yüksək ballar müəyyənləşdi

7 İyun 2022 08:52
0 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

II ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər - Bakı şəhəri, 7 saylı orta məktəbin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunları göstəriblər.

II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 383.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.4 baldır.

Builki imtahanda III ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, 286 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 387.3 bal, birinci mərhələsində isə maksimal olan 300 bal toplayıb. Beləliklə, III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 baldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.