Cəmiyyət

Şəhid qardaşının müəmmalı ölümü - Qohumları danışdı

2 İyun 2022 20:00
1 Şərh     Baxış: 1 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşı Məhəmməd Rəfiyev dünyasını dəyişib. Siyəzən şəhər sakini 13 yaşlı Məhəmməd evdə yemək yeyən zaman boğulmağa başlayıb.

O, dərhal xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, şəhid qardaşının həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az xəbər verir ki, şəhidin qohumlarının modern.az-a verdiyi məlumata görə, Məhəmmədin səhhətində heç bir problem olmayıb, onun halı qəfil pisləşib. Yeniyetmə gecə saatlarında xəstəxanaya yerləşdirilib, orada dünyasını dəyişib. 

Onun ölüm səbəbi hələlik dəqiq bilinmir. Ekspertizanın nəticələrindən sonra Məhəmməd Rəfiyevin ölümünün gerçək səbəbi məlum olacaq.

Qeyd edək ki, Məhəmməd qardaşı şəhid olandan sonra ailənin yeganə övladı idi. O, Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7-ci sinfində oxuyurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.