Cəmiyyət

Tariyel Qurbanova yeni vəzifə verildi

17 May 2022 22:24
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tanınmış sabiq prokuror Tariyel Qurbanova yeni vəzifə verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Qeyd edək ki, T.Qurbanov Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub, eyni zamanda, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.