Cəmiyyət

İşaxtaran və işsiz şəxslərin NƏZƏRİNƏ: Bundan sonra... - VİDEO

17 May 2022 19:18
5 Şərh     Baxış: 1 562

Bundan sonra işsiz şəxslər kateqoriyalara bölünəcəklər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, "Əmək və Məşğulluq" altsisteminə əsasən əmək bazarında belə bir bölgü aparılacaq. İşsiz şəxslərin müraciətləri elektronlaşdırılacaq və onların məşğulluq imkanları qiymətləndiriləcək. Daha sonra müvafiqbal sisteminə uyğunçətin, orta və asan kateqoriyalar müəyyənləşdiriləcək. Bununla da hər bir şəxs üçün fərdi məşğulluq proqramı təsdiq ediləcək. 

Dövlət Məşğulluq agentliyinin departament müdiri Elman Sadıqov deyir ki, prosesin icrasından sonra işsizlərin əmək bazarına inteqrasiyası ardıcıl təmin olunacaq. Burada əsas məqsəd həmin şəxslərin iş imkanlarının daha ədalətli və obyektiv qiymətləndirilməsidir.

Elman Sadıqov deyir ki, bu sistem öz təcrübə və bacarıqlarına görə qeyri-bərabər olan işsizlərin iştapma imkanlarını bərabərləşdirəcək. 

Qurumrəsmisi hesab edir ki, yeni sistemdə daha çox çətin kateqoriyadan olan işsizlərə diqqət ayrılmalıdır. 

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Bəhrami · 17 May 19:3100

    Cənab Elman Sadıqovun kim olduğunu bilmirəm. Amma, onun bu layihəsi işçini qabiliyyətinə görə seçmə imkanı yaradar! Bakı, Abşeron və hər rayon, xüsusilə azad edilmiş rayonlar üzrə ayrı-ayrı alt sistemlərin yaradılması daha zəruridir!

    Cavab yaz
  • Anonim
    Millet · 17 May 20:3700

    Yalannan bu sayta is qoyub camaati aldadirsiz nece defe is ucun qeyd olunan nomreye zeng etmisem acmiyiblad acandada deyibler bizim xeberimiz yoxdu ve eyni rayonda bir nece is yerine eyni nomreni qoyublar

    Cavab yaz
  • Anonim
    Millet · 17 May 20:3710

    Nomreyede ya zeng catmir yadaki acanda cavab vermirler bunun ne menasi var

    Cavab yaz
  • Anonim
    Millet · 17 May 20:3800

    Arasdirinde bele seyler bos bos xeberler yazmaqdansa insanlara faydali isleri maraqlanin

    Cavab yaz
  • Anonim
    ? · 17 May 21:5900

    Ne vaxt olacaq bu elektron muraciet qaydası?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics