İşaxtaran və işsiz şəxslərin NƏZƏRİNƏ: Bundan sonra... - VİDEO

17 May 2022 19:18

Bundan sonra işsiz şəxslər kateqoriyalara bölünəcəklər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, "Əmək və Məşğulluq" altsisteminə əsasən əmək bazarında belə bir bölgü aparılacaq. İşsiz şəxslərin müraciətləri elektronlaşdırılacaq və onların məşğulluq imkanları qiymətləndiriləcək. Daha sonra müvafiqbal sisteminə uyğunçətin, orta və asan kateqoriyalar müəyyənləşdiriləcək. Bununla da hər bir şəxs üçün fərdi məşğulluq proqramı təsdiq ediləcək. 

Dövlət Məşğulluq agentliyinin departament müdiri Elman Sadıqov deyir ki, prosesin icrasından sonra işsizlərin əmək bazarına inteqrasiyası ardıcıl təmin olunacaq. Burada əsas məqsəd həmin şəxslərin iş imkanlarının daha ədalətli və obyektiv qiymətləndirilməsidir.

Elman Sadıqov deyir ki, bu sistem öz təcrübə və bacarıqlarına görə qeyri-bərabər olan işsizlərin iştapma imkanlarını bərabərləşdirəcək. 

Qurumrəsmisi hesab edir ki, yeni sistemdə daha çox çətin kateqoriyadan olan işsizlərə diqqət ayrılmalıdır. 

Milli.Az