Quru sərhədlərin açılması müzakirə olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Turizm mövsümü yaxınlaşdıqca quru sərhədlərin açılması ilə bağlı məsələ aktuallaşır. Ekspertlərin fikrincə, quru sərhədlər nə qədər tez açılarsa, iqtisadiyyatımıza bir o qədər xeyrli və məqsədəuyğun olar. Faktiki olaraq quru sərhədlərinin bağlı olması bütün ölkələrdən, o cümlədən müsəlman ölkələrindən Azərbaycana turist axınının qarşısını alır.
Qeyd edək ki, artıq 2 ildən çoxdur ki, quru sərhədlər həm yerli, həm də əcnəbi vətəndaşların üzünə bağlıdır. Halbuki bəzi ölkələr Azərbaycanla quru sərhədlərini açıb.
Milli.Az xəbər verir ki, Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov bizim.nedia-ya bildirib ki, pandemiya səbəbindən bütün ölkələr kimi Azərbaycan da turizm baxımından çox geriyə düşdü:
"Azərbaycanın turizm potensialı 2019-cu ilə qədər 3 milyondan artıq turist qəbul etmək imkanına malik idisə, sonrakı illərdə bunun ikiqatını qəbul etməyi düşünürdük. Amma pandemiya bu baxımdan problem yaratdı və 2020-ci ildən bütün dünyada turistlərin sayında ciddi azalma baş verdi. Ötən il və bu il turist sayında artım olsa da, göstəricilər hələ ki, 2019-cu ilin səviyyəsinə çatmayıb. Hazırda karantin qaydaları ilə bağlı müəyyən qədər yüngülləşmələr baş versə də, təssüflər olsun ki, quru sərhədlərin açılmasına hələki nail ola bilməmişik. Bu sərhədlər açılmayınca, təbii ki, ölkəyə turist axınını gözləmək düzgün deyil".
Əhməd Qurbanov hesab edir ki, mərhələli şəkildə sərhədlər açılsa, turistlərin də sayı artacaq və əvvəlki rekordları görmək imkanımız olacaq:
"Hazırda 70-ə yaxın ölkə ilə sərhədlərimiz açıqdır. Vacibdir ki, daha çox ölkə ilə sərhədlərimizi açaq və əməkdaşlıq çərçivəsində daha çox turist axınına malik olaq.
Quru sərhədlər turist axını üçün çox böyük rol oynayır və bu yolla insanlar daha rahat şəkildə istirahətə gedə bilirlər. Bura qonşu ölkələrə şəxsi avtomobili ilə, avtobus turları ilə səyahət edən turistləri də qatmaq olar. Bu baxımdan quru sərhədlər vasitəsilə kifayət sayda turist qəbul edib, göndərə bilərik. Ümid edirik ki, çox qısa zamanda quru sərhədlərimiz digər ölkələrlə açılacaq.
İctimai müzakirələrdə, media vasitəsilə müraciətlərimizi və çıxışlarımızı edirik. Bildiyim qədərilə quru sərhədlərin açılması məsələsi müzakirə olunur. Amma tam vaxtı və qərar qəbul olunması barədə məlumat yoxdur".
İqtisadçı-deputat Vüqar Bayramov epidemioloji şərtlər çərçivəsində quru sərhədlərin mərhələli şəkildə açılmasını təklif edib:
"Quru sərhədlər ən çox müzakirə edilən məsələlərdən biridir. Bir müddət öncə də biz quru sərhədlərin açılması ilə bağlı təkliflərimizi təqdim etmişdik. Xüsusən turizm mövsümünün başlanmasını nəzərə alsaq, quru sərhədlərin açılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Biz bunun mərhələli şəkildə həllini təklif edirik. Təbii ki, məsələ ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir.
Hazırda epidemioloji vəziyyət nəzarətdədir və yoluxma sayı da azdır. Praktiki olaraq, əksər mühüm qadağalar ləğv edilib. Bütövlükdə regionda durum stabil hesab olunur və qərar da məhz buna görə verilir".
Xatırladaq ki, martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşaldı. Sadəcə qadağalardan COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.
Qeyd edək ki, quru sərhədlər vətəndaşlarımızın üzünə 2020-ci ilin martından etibarən bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)





