Cəmiyyət

Gəncədə təhlükəli vəziyyət: Sakinlər risk altındadır - VİDEO

10 May 2022 14:18
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə suvarma kanalının üstünün açılması yaxınlıqda yaşayan sakinlər üçün təhlükəyə çevrilib. Təcili tədbir görülməzsə həm piyadalar, həm də maşınların istifadə etdiyi yol tamamilə bağlanmalı olacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, suvarma kanalının üzərindəki torpaq örütüyünün yuyulması yaxınlıqda yaşayan sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Söhbət Gəncənin Yeni Gəncə yaşayış massivi yaxınlığından, Humantar Kollecin ərazisi deyilən yerdən gedir. Evlərin yanından keçən Xan arxı adlı suvarma kanalının üzrənin açılması ərazidə təhlükəli vəziyyət yaradıb.

Sakinlər deyir ki, yaranmış vəziyyətlə bağlı kanala xidmət göstərən Göyöl Suvarma Sistemləri İdarəsinə məlumat verilib və onlar tərəfindən əraziyə baxış keçirilib. Qabaqlayıcı tədbir və təmir isə hələ ki aparılmayıb.

Kanala xidmət göstərən Göyöl Suvarma Sistemləri İdarəsindən Xəzər Xəbərə bildirdilər ki, təmirə başlamaq üçün kanalda suyun axını dayandırılmalıdır. İdarənin rəisi İsmayıl Əvəzovun sözlərinə görə, bunun üçün 17 km-lik kanal üzərindəki əkin sahələrinin mövsümi suvarılması başa çatdırılmalıdır. Bu isə təxminən 5 gün sonra mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.