Cəmiyyət

Bakıda bağ evlərinə tələbat azalıb - Ekspert

30 Aprel 2022 10:12
0 Şərh     Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtda kirayəlik bağ evlərinin qiyməti aylıq minimum 500 manatdan başlayır, 8 min manata qədər qalxır.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə bağ evlərinin hazırkı qiymətləri barədə danışarkən deyib.

O qeyd edib ki, kirayə bağ evlərinə təlabat may ayının sonlarında daha çox olur:

"Son illər pandemiya ilə əlaqədar xarici ölkələrə gediş məhdudiyyəti yarandığı üçün vətəndaşlarımız daha çox turistik bölgələrimizə üz tutdular. Bu səbəbdən bölgələrdə torpaq satışı sürətləndi, qiymətlər isə artdı. Həmçinin bağ evlərinin bölgələrdə kirayəsi Bakını üstələdi. Bakı ətrafındakı bağ evlərinə tələbat azalıb. Hətta bağ evlərinin kirayə və satış qiymətlərində ciddi şəkildə enmələr var".

E.Fərzəliyev deyib ki, turistik zonalarımız arasında ən çox üstünlük verilən Quba, Qusar, Qəbələ, Şəki, həmçinin cənub zonlarıdır:

"Burada da artıq torpaq sahəsi, bağ evləri, kafe, restoran alanların sayı çoxalıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory