Cəmiyyət

Məktəblərdə ianə üçün fond yaradılacaq? - Nazir iddialara aydınlıq gətirdi - VİDEO

29 Aprel 2022 16:36
3 Şərh     Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Cəmiyyət bunu ianə fondu kimi başa düşür. Təəssüf ki, bu belə deyil. Söhbət ailə -məktəb birgə qurumlarından gedir".

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev məktəblərdə valideynlərin ianə etmələri üçün xüsusi fond qurulacağı idialarına cavab verərkən belə deyib.

Nazir dünyanın müxtəlif ölkələrində belə modellərin tətbiq olunduğunu bildirib. 

Təhsil naziri məktəblərdə müəllimlərin şalvar geyinməsi məsələsinə də münasibət bildirib.

Emin Əmrullayev informatika fənninin qəbul imtahanlarına salınacağını qeyd edib. Nazir bunun  ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacağını vurğulayıb.

Təhsil naziri məktəblərdə şagirdlərin bullinqə məruz qalması ilə bağlı bir neçə min müəllimin təlim prosesi keçdiyindən də danışıb. Onun sözlərinə görə, təlimat formaları da hazırdır. Pandemiya şəraitinə görə həmin formaların tətbiqində müəyyən problemlər yaşandı. Yeni tədris ilindən bir neçə məktəbdə pilot qaydada bunun tətbiqi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.