Cəmiyyət

Şabranda avtomobil körpüdən aşıb, ər-arvad ağır xəsarət alıb - FOTO

7 Aprel 2022 23:09
0 Şərh     Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şabran rayonunda yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,  hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci km-də qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 1969-cu il təvəllüdlü Əhməd Əjdər oğlu Əhmədov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ruhangiz Gülməmməd qızı Əhmədova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Ə.Əhmədov Xaçmazda özəl xəstəxanaların birində cərrah-həkim işləyir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.