Cəmiyyət

Azərbaycan Ordusu Aprel döyüşlərində tarix yazdı - VİDEO

6 Aprel 2022 14:48
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgəri canı və qanı ilə  tarix yazdı, illərdir davam edən düşmən təxribatlarına layiqli cavab verildi.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Aprel döyüşləri  sübut  etdi ki, Azərbaycan hərbiçisinin qarşısında heç bir qüvvə, sədd dayana  bilməz.

Mənfur düşmənin öhdəsindən peşəkarlıqla gəldiyi tək iş isə miflər yaratmaq idi.

Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev deyir ki, ordumuz əks hücum edərək düşməni kilometrlərlə geri çəkilməyə məcbur etdi.

Aprel döyüşlərindən ilham alan ordumuz Vətən müharibəsində öz sözünü deyərək düşməni kapitulyasiya aktını imzalamağa məcbur elədi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.