Cəmiyyət

Ağdaşın yolları çala-çuxurdur - VİDEO

28 Mart 2022 16:18
0 Şərh     Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdaş rayonu, Ovçulu kəndinin yolları bərbad vəziyyətdədir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yollar çala-çuxurludur və gediş-gəliş üçün çətinlik yaradır.

Qış aylarında yağış suları ilə dolan çuxurlar vaziyyəti daha da çətinləşdirir.

Sakinlərin sözlərinə görə, sözügedən yollar sovetlər dönəmində necə idisə, indi də  eyni vəziyyətdədir.

Piyadalarla yanaşı sürücülər də xeyli əziyyət çəkirlər. Tez-tez maşınlar sıradan çıxır, əlavə xərcə düşürlər. 

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədr müavini Xəzər Saadov "Xəzər Xəbər"ə bildirib ki, problemlə bağlı aidiyyəti qurumlara rəsmi müraciət olunub.

Bələdiyyə nümayəndəsi yolların nə vaxt düzələcəyi ilə bağlı konkret vaxt deməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.