Cəmiyyət

Sabirabadda bol tərəvəz var, amma fermerlər məhsulun qiymətindən narazıdır - VİDEO

14 Mart 2022 16:48
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhsul bol olsa da, satışı sərf etmir. Sabirabadlı fermerlər satdıqları məhsulun çox ucuz alınmasından şikayətçidirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Əliniyaz Həsənov Sabirabad rayonunun Əsədli kənd sakinidir.

Deyir ki, illərdir qış aylarında dolanışığını tərəvəz əkib-becərməklə təmin edir. Bu il də 20 sot sahədə müxtəlif tərəvəz məhsulları yetişdirib. Sentyabr ayında əkini aparılan göyərtinin noyabr ayından yığımı başlayıb və mart ayına qədər aparılacaq. Bu il əkdiyi məhsuldan istədiyi nəticəni əldə edib, satış qiyməti onu qane etmir.

Tərəvəz Sabirabadın bir çox kəndlərində, eləcə də Əsədliyə qonuş olan kəndlərdə də əkilir. Əsasən pay torpaqlarında becərilir. Tələbatı böyük olan məhsul əsasən yerli bazara çıxarılır. Alıcı qüvvəsi də var. Amma topdansatış qiyməti təsərrüfat sahiblərini razı salmır. Onlar bildirir ki, hazırkı qiymət çəkilən zəhməti qarşılamır.

Kənd sakinlərindən ucuz qiymətə alınan keşniş, şüyüd, vəzəri, göy soğan və ispanaqdır. Turpun qiyməti isə bunlardan bir qədər fərqlidir.

Təsərrüfat sahibləri həmçinin onu da bildirir ki, bu il məhsuldarlıq yaxşıdır. Qiymətin ucuz olması isə bolluqla əlaqələndirilir. Amma məhsul kənar rayonlarda, eləcə də Bakı şəhərində sahədə satılan qiymətdən iki dəfə baha qiymətə təklif edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.