Cəmiyyət

Azərbaycanda qadın vəkillərin sayı açıqlandı

3 Mart 2022 11:30
0 Şərh     Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb.

Milli.Az "report"-a istinadən bildirir ki, Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, son 4 ildə VK-da qadın vəkillərin sayı 3 dəfə artıb.

O deyib ki, son illərdə 254 qadın Vəkillər Kollegiyasına üzv olub: "Hazırda 381 xanım vəkil Bakıda və regionlarda fəaliyyət göstərir. Amma biz çox istərdik ki, hazırda 18 faiz təşkil edən qadın vəkillərin sayı daha da artsın. Çünki başqa ölkələrdə qadın və kişi vəkillərin sayı bərabərdir".

A.Bağırov vurğulayıb ki, ali təhsil müəssisələrində hüquqşünas tələbələr arasında xanım və kişilərin sayı bərabərdir: "Amma sonradan bir çoxu ola bilsin müəyyən mental xüsusiyyətlərə və ya başqa səbəblərə görə işləmirlər. Nəticədə, biz böyük potensiala malik, ehtiyacımız olan xanım vəkillərdən məhrum oluruq. Mən bütün hüquqşünas xanımları işləməyə dəvət edirəm. Vəkillər Kollegiyasına üz olub, insanların hüquq və azadlıqlarını müdafiə etməyə çağırıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.