Cəmiyyət

Xarkovda xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti açıqlanıb

2 Mart 2022 21:54
0 Şərh     Baxış: 1 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xarkov şəhərinin atəşə tutulması nəticəsində xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti qənaətbəxşdir".

Milli.Az bildirir ki, bu barədə APA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən deyiblər.

Həkimlərin sözlərinə görə, onların həyatı üçün təhlükə yoxdur.

Sürücülərdən biri ambulator müayinə edilib. Digər iki nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları həm xəstəxana ilə həm də sürücülərlə mütəmadi əlaqə saxlayır, onların vəziyyətləri ilə maraqlanırlar.

Qeyd edək ki, Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir. Bu gün daha 12 yük maşını Moldova ilə sərhədə çatıb. Hazırda keçid üçün sənədləşmə işləri aparılır.

Daha əvvəl təxliyə edilən 6 sürücü isə artıq Bolqarıstan sərhədindədir.

Təxliyə prosesi diplomatik korpusun köməyi ilə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.