Cəmiyyət

Ölkədə övladlarına cizgi film personajlarının adını vermək istəyən valideynlər var

1 Mart 2022 20:30
0 Şərh     Baxış: 1 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaşlar övladlarına bir çox hallarda xarici teleseriallardakı adları da qoyurlar. Təcrübədə bu halla çox rastlaşırıq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli "Adın, ata adının, soyadın dəyişdirilməsi" mövzusunda onlayn brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələrin sayı artıb: "Valideynlər bilməlidir ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu adlar kifayət qədər əcaib səslənir. Məsələn, Kiara, Alisa. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.