"Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının V turunda keçiriləcək "Olimpiakos" - "Real Madrid" oyununu buraxacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb qapıçının virusa yoluxmasıdır.
Bu gün tibbi heyətin apardığı müayinələrdən sonra Kurtuaya virusmənşəli mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.
Qeyd edək ki, 33 yaşlı qolkiper bu il "Real Madrid" klubunda 23 matça çıxıb, 10 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Xatırladaq ki, "Real Madrid" doqquz xalla Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində yeddinci yerdə qərarlaşıb. "Olimpiakos" isə iki xalla 31-ci yeri tutur.
Milli.Az





