İdman

Tanınmış futbolçunun evi qarət edildi

25 Noyabr 2025 23:39
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Kremonese" klubunda çıxış edən futbolçu Ceymi Vardinin evi qarət olunub.

Milli.Az xəbər verir ki, hadisə A Seriyasının XII turunun "Kremonese" - "Roma" oyunu zamanı baş verib.

Mənbənin bildirdiyinə görə, ingiltərəli futbolçuya dəyən ziyan 80.000 funt sterlinqdir. Oğrular saat, zinət əşyaları, pul və digər qiymətli əşyaları götürərək qaçıblar.

Qeyd edək ki, bu mövsümdən "Kremonese" klubunda çıxış edən Vardi 8 matçda 2 qol vurub. 38 yaşlı hücumçu 2012-ci ildən 2025-ci ilə qədər ölkəsinin "Lester Siti" klubunda forma geyinib. O, sabiq komandasının heyətində müxtəlif yarışlarda 500 oyun keçirib və 200 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.