Ölkə

Yanğında ağır xəsarət alan Ləmanın son durumu açıqlandı

25 Noyabr 2025 22:29
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.

Milli.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında yazıblar.

"Dəyərlimiz Könül Vəlibəylinin qızı Ləman Qulamovanın Yeni Klinikada müalicəsi davam edir. Həkimlərin bildirdiyinə görə, vəziyyətində az da olsa irəliləyiş var, ancaq həyati təhlükəsi davam edir, hələ də süni tənəffüs aparatına bağlıdır. Süni tənəffüs aparatından ayrıldıqdan sonra beyin müayinəsi aparılacaq, bu proses isə ən azı 2 həftə davam edəcək. Hazırda həkimlər Ləmanın yaşaması üçün əllərindən gələni edirlər",- deyə bildiriblər.

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.