Cəmiyyət

Bu günə qədər azad edilmiş ərazilərə səfər edən sərnişinlərin sayı açıqlandı

24 Fevral 2022 17:24
Baxış: 1 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 44 müntəzəm avtobus reysi həyata keçirilib, 1967 sərnişin səfər edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakı - Şuşa - Bakı istiqamətində həftədə 3 dəfə avtobus reysi həyata keçirilir. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları isə həftədə 2 dəfə avtobus reysi həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.