Cəmiyyət

Bu içkilər koronavirusdan sağalmağa kömək edir

15 Fevral 2022 08:42
0 Şərh     Baxış: 2 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi içkilər koronavirusa yoluxmuş insanın sağalmasına kömək edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, COVID-19 infeksiyasından qorunmaq üçün maye qəbulunu artırmaqla xəstəliyə yoluxma riskini nisbətən azaltmaq mümkündür.

Xəstəliklə mübarizədə bədənin təmizləmə funksiyasını yerinə yetirən əsas maye sudur.

Maye qəbul edilməsi deyəndə təkcə suyun qəbulu nəzərdə tutulmur. Sudan başqa gün ərzində tünd içkilər, qəhvə, çaylar, müxtəlif qazlı içkilər və kompotlar da içilir. Koronaviruslu xəstələrin ya adi sudan, ya da müxtəlif bitki dəmləmələrindən istifadə etməsi məsləhət görülür. Aparılan araşdırmalara görə, tünd içkilər - qəhvə və çay xəstəlik zamanı mənfi təsir göstərir.

Orqanizmdəki suyun bir hissəsini itirmək öz mənfi təsirini dərhal göstərir. Belə hallarda insan su içmədikdə vəziyyəti daha da pisləşə bilər. Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından maye olaraq qəbul edilən suyun əhəmiyyəti çox böyükdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.