21:44
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Vəndam qəsəbəsində baş vermis yanğınla bağlı məlumat yayıb.
Hadisə zamanı ümumi sahəsi 1 000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.
20:22
Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən bazarda aptek və gözəllik salonu da daxil olmaqla bir neçə obyektdə yanğın başlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda ticarət mərkəzindəki bir neçə mağazada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın davam edir. Faktla bağlı araşdırma aparılır.
Milli.Az