Cəmiyyət

Bakıda 15 yaşlı yeniyetmə oğlan itkin düşüb - FOTO

10 Fevral 2022 08:26
0 Şərh     Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu itkin düşüb.

Bu barədə onun yaxınları bildiriblər. Onların sözlərinə görə, Murad Qəhrəmanov dünən saat 16 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb. M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.

M.Qəhrəmanovun yaxınları hadisə ilə bağlı polisə məlumat veriblər. Onu görənlərdən və ya M.Qəhrəmanov barədə məlumatı olanlardan polisə məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.