Cəmiyyət

Gələn ay 14 gün iş olmayacaq

7 Fevral 2022 11:00
1 Şərh     Baxış: 10 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mart ayının qeyri-iş günləri açıqlandı.

Milli.Az xəbər verir ki, bu ilin mart ayındakı bayramlarla əlaqədar qeyri-iş günü olacaq.

Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.

2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.