Cəmiyyət

Bağça binasında toyuq kəsimi ilə məşğul olurlar - VİDEO

2 Fevral 2022 14:02
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda vaxtilə şəhidin adını daşımış uşaq bağçasının binası hazırda yararsız vəziyyətdədir. Hətta binanın içərisində toyuq kəsimi ilə məşğul olurlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda istifadəyə yararsız halda olan bina vaxtilə 10 il Masallının Böyük Xocavar kəndinin bağçası kimi fəaliyyət göstərib.

1998-ci ildə tam tərk olunan binadan fəaliyyəti dövründə yaxın kəndlərin sakinləri də bağça kimi istifadə ediblər. Böyük Xocavar kəndinin sakinləri istəyir ki, bina təmir edilib, yenidən bağça kimi fəaliyyətə başlasın. Onlar da övladlarını uzaq məsafələrə aparmaq məcburiyyətində qalmasınlar. 

Bina həmçinin antisanitar vəziyyətdədir. Bəzi otaqları toyuqların kəsimi üçün istifadə edilir. 1994-cü ildə şəhid olmuş Emil Əzizovun adını daşıyan bağçadakı mənzərə acınacaqlıdır.

Kəndin icra nümayəndəsi Həbib Həbibov binanın təmirinin rentabelli olmadığını qeyd edib.

Qəzalı bina ilə bağlı Masallı Rayon Təhsil Şöbəsindən "Xəzər Xəbər"ə bildiriblər ki, sözügedən bina 30 ilə yaxındır onların balansında deyil və orada uzun müddət məcburi köçkünlər məskunlaşıb. Hazırda həmin tikilinin bağça kimi fəaliyyət göstərməsi üçün həç bir şərait yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.