Cəmiyyət

Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi - YENİLƏNİB - VİDEO

13 Yanvar 2022 23:33
7 Şərh     Baxış: 1 916

23:33

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda yayılan görüntülərin nə vaxt və hansı bağçada baş verməsi ilə bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", deyə qurum rəsmisi bildirib.

23:23

Azərbaycanda bağça tərbiyəçilərinin körpələrə qarşı vəhşiliyi səngimək bilmir.

Milli.Az xəbər verir ki, özünü "tərbiyəçi" bilən qadının azyaşlıya qarşı tərbiyəsiz hərəkəti bir daha insanları övladlarını bağçaların ümidinə buraxarkən düşünməyə vadar edir.

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub.

Belə ki, 2-3 yaşarası məsum körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən zalım tərbiyəçinin düşdüyü vəziyyət əslində əksər bağçalarda mövcud olan durumu göstərir.

Görüntülər insanların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyindəncavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Dilbər · 13 Yanvar 23:4880

    O TƏRBIYƏÇI DEYILKI TƏRBIYƏSIZ PUL HƏRISI PULA GÖRƏ ARSIZ ARSIZ IŞLƏYƏN.MENIMDE 2 BALAM BAXÇAYA GEDIR HAZIRDA BU VIDEOYA BAXANDA ONLAR GÖZÜMÜN QARŞISINA GƏLDI VƏ BU TƏRBIYƏÇIYE QARŞI BÖYÜK NIFRƏT YARANDI.MENDE SIRADAN BIR VƏTƏNDAŞ KIMI ISTƏYƏRDIM ONA AĞIR CƏZA VERILSIN VƏ ÜRƏYIMIZDƏ XAL QALMASIN BAXÇAYA ÖVLADIMIZI ÜRƏKSIZ GONDERMEYEK((

    Cavab yaz
    • Anonim
      aaaa. · 14 Yanvar 10:0950

      indi o şəkli anasına göndərəcək ,bax sənin uşağına necə qulluğ eliyirəm!!!!

      Cavab yaz
  • Anonim
    ### · 14 Yanvar 00:03100

    Əllərin topal olsun.Usagi niyə helə vurursan?

    Cavab yaz
  • Anonim
    !!!!!!!! · 14 Yanvar 00:0680

    Allah sənin əlini gırsın,zəlil olsun o uşaga əl galdıran əllərin!!!!Amin İnşallah!!!! Mundar məhluq

    Cavab yaz
  • Anonim
    . · 14 Yanvar 00:3370

    Dövlət uşaq baxçaları (bağçaları) təzəlikcə TN verilib, məhz mənfi tendensiyalara görə. Bu cür davranış isə illərdir mövcuddur və yalnız dövlət deyil həmçinin özəl qurumlarda da. Təhsil sistemindəki kontingent pis xüsusiyyətlərini domino effekti şəklində ötürür. Yeni gələn köhnə işçilərdən işin "incəliklərini" üstünə yeni "bacarıqlar" əlavə etməklə öyrənir. Ən pisi isə bəzi valideynlərin, "bizim vaxtımızda da belə idi, biz psixoloji travma ilə böyümüşük?" ifadəsidir. Nə qədər ki, təhsildə rüşvət, görüm-baxım, mənim uşağıma yaxşı bax hörmətini edəcəm yığışdırılmayıb və nizam-intizam sistemi qurulmayıb başımıza qapaz vurulub çörəyimizi əlimizdən almağa davam ediləcək.

    Cavab yaz
  • Anonim
    azeri · 14 Yanvar 00:3570

    Hemen o terbiyecini ayaqlarim altina atib tepikleyerem. Millet uwaqlarini baxcaya qoymasin. Dovlet baxcalari baqladin uwaq olmayandan sonra. Qoy acindan qirilsin bele terbiyeciler. Arawdirmaq lazim deyil tutub turmeye basmaq lazimdir belesini. Olubki video yayilib da? Yoxsa hardan cixdi bu video? Yanmayan yerden tustu cixmaz. Drmekki bele hadise olub.

    Cavab yaz
  • Anonim
    Samire · 14 Yanvar 01:2930

    O qansız uşağın başına ele zerble vurdu ki, vurulma sesi etrafa yayıldı. Adam da heç uşağa əl qaldırar? körpəyə əl qaldıranlar qeddar psixlər ola bilər yalnız. Terbiyeçi adlanan bu məxluq derhal işdən azad edilməli, və cinayət işi açılmalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.