Cəmiyyət

Kərimbəylinin gur yanan işıqları - VİDEO

9 Dekabr 2021 14:36
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. "Azərişıq" ASC BU kəndin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, 1200-dən çox abonentin yaşadığı kənddə 17 km-dan çox 10 kV-luq xətt tamamilə yenilənib, 16 km-dan artıq 0,4 kV-luq elektrik xətləri özünüdaşıyan izolyasilyalı naqillərlə əvəzlənib. Müasir tipli Komplekt Transformator Məntəqələri quraşdırlıb. Bütün abonentlərin elektrik sayğacları yenilənib.

Qeyd edək ki, ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrində ötən əsrin 60-cı illərindən qalan köhnəlmiş şəbəkələrin yenilənməsi işləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.